"Almanlar Kiyevə silah verilməsini istəmir" - ŞOLZ
    • 21-08-2023, 14:05
    • 65

"Almanlar Kiyevə silah verilməsini istəmir" - ŞOLZ

“Almaniya Rusiya ilə Ukrayna arasındakı münaqişənin NATO ilə toqquşmaya çevrilməsini istəmir”.


News24.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.


O bildirib ki, Qərb hələ uzun illər Ukraynanı dəstəkləməli olacaq. 


“Alman cəmiyyətinin müəyyən hissəsi Kiyevə silah verilməsini istəmir, bunun əleyhinədir, lakin bunu etmək vacibdir, ona görə də hər bir qərar diqqətlə ölçülməlidir. Biz istəmirik ki, Rusiya ilə Ukrayna arasında müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilsin”.


Şolts xatırladıb ki, Almaniya hazırda Ukraynaya hərbi yardımın həcminə görə ABŞ-dan sonra ikinci yerdədir.


Ayşən