Ərdoğan: “NATO ölkələrinin Ukraynaya vermədiyi dəstəyi biz verdik”
    • 14-03-2022, 21:50
    • 1 718

Ərdoğan: “NATO ölkələrinin Ukraynaya vermədiyi dəstəyi biz verdik”

"Almaniya kansleri Olaf Şolts ilə Rusiya və Ukrayna ətrafında baş verənləri müzakirə etdik. NATO üzvü olan iki ölkə olaraq ortaq fikir və narahatlıqlarımızı təsdiqlədik. Daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik".

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

"Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, NATO-ya digər üzv ölkələrin etmədiyini Ukrayna üçün etdik", - Türkiyə lideri əlavə edib.