Sərdar Ortaç keçmiş arvadı barədə niyə bunları dedi? - AÇIQLAMA
    • 21-08-2023, 14:26
    • 243

Sərdar Ortaç keçmiş arvadı barədə niyə bunları dedi? - AÇIQLAMA

Türkiyəli məşhur müğənni Serdar Ortaç sözləriylə yenidən gündəm olub.

News24.az Lent.az-a istinadən xəbər verir ki, sosial media platformalarında açdığı canlı yayımlarda bir müddətdir gündəm olan müğənni Serdar Ortaç son açıqlamasında keçmiş həyat yoldaşı Kloe Loughnanı hədəf alıb.

Məşhur müğənni, açdığı canlıda keçmiş həyat yoldaşı ilə əlaqədar soruşulan suallara diqqət çəkən açıqlamalar verib.

"Bilmirəm Kloe haradadır, niyə məndən onun haqqında soruşursunuz? Neçə il olub boşanalı. O gün maşında çox əsəb keçirdim, ona görə belə danışdım. Əsəbləşə bilmərəm, mən insan deyiləm?" - deyə cavab verib.