Cərimələrin artması taksi qiymətlərinə təsir EDƏCƏKMİ?
    • 21-08-2023, 17:33
    • 207

Cərimələrin artması taksi qiymətlərinə təsir EDƏCƏKMİ?

Xəbər verdiyimiz kimi, Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 10 min manatdan 40 min manatadək cərimələnəcək. Bəs, görsən, cərimələrin artması taksilərin qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bu qərar taksi qiymətlərinin yüksəlməsi üçün bir əsas deyil:

"Düşünmürəm ki, bu cərimələrə görə taksi qiymətləri yüksəlsin. Taksi qiymətləri ümumiyyətlə fiks qiymətlər deyil. Dəyişən tariflərdir və bu səbəbdən də ümumiyyətlə yaxın gələcəkdə taksi qiymətlərinin kəskin yüksələcəyini düşünmürəm. Hal hazırda qiymətlər stabildir və ilin sonuna qədər stabil olaraq qalacaq".

İqtisadçı Eldəniz Əmirov isə qeyd etdi ki, nəqliyyatla bağlı yeni qanunvericilik aktları, xidmət keyfiyyətinin yüksəldilməsində, məsuliyyətin artırılmasında böyük rol oynayacaq:

"Amma bir məsələ var ki, əgər təhlükəsizlik , keyfiyyət artırsa, bu, mütləq şəkildə özünü qiymətdə də göstərir. Buna görə də bu dəyişikliklər təbii şəkildə qiymətlərdə müəyyən qədər artımlara gətirib çıxarda bilər.Amma bu artımların ciddi bir artım olacağını düşünmürəm. Bütün hallarda çalışmalıyıq ki, iqtisadiyyatın xilaskarı olan rəqabət fenomeni bu sahədə yaşasın".

Aydan