Tanınmış aparıcı mediadan uzaqlaşdı
    • 8-03-2019, 14:11
    • 968

Tanınmış aparıcı mediadan uzaqlaşdı

"Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli jurnalistikadan gedib.  

News24.Az xəbər verir ki, teleaparıcı bu barədə özü sosial mediada məlumat yayıb.
Elçin Əlibəyli səhhətində yaranan problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verdiyini açıqlayıb:
“Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim”.
Teleaparcı qeyd edib ki, zaman möhlət versə, bundan sonra fəaliyyətini tamam başqa istiqamətdə davam etdirəcək.

Sevinc YASİNQIZI