Elçin Əlibəylinin apardığı veriliş bağlandı?
    • 8-12-2018, 14:34
    • 1 207

Elçin Əlibəylinin apardığı veriliş bağlandı?

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

Elçin Əlibəyli  xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

//Mətbuat.az