-
- 21-08-2023, 18:09
- 173
Qlobal ticarətdə ciddi təhlükə
Karib dənizi ilə Sakit Okean arasında yerləşən Panama kanalındakı quraqlıq kanaldan keçməyi gözləyən gəmilərin sayının artmasına səbəb olub. Analitiklər bunun qlobal ticarətə təsir edə biləcəyi barədə xəbərdarlıq ediblər.
News24.az "A haber"-ə istinadla xəbər verir ki, qlobal quraqlıq Amerika qitəsinə də təsir etməkdə davam edir. Mərkəzi Amerika bölgəsində quraqlığın ardınca yağıntının az olması su ehtiyatlarının azalmasına səbəb olub.
Kanaldakı tıxac, adətən su yolundan istifadə edən şirkətləri alternativ yollar axtarmağa vadar edib. Panama Kanalı Çin və ABŞ arasında ticarət edən böyük pərakəndə satıcılar və enerji şirkətləri də daxil olmaqla, bir çox yükgöndərənlər üçün xərcləri və tranzit vaxtlarını azaldır.
Aydan