Ukraynaya verilən F-16-lar bu iki ölkədən havaya qalxacaq - Markov
    • 21-08-2023, 18:27
    • 71

Ukraynaya verilən F-16-lar bu iki ölkədən havaya qalxacaq - Markov

“Ukrayna ordusuna F 16 döyüş qırıcıları veriləcək. Hollandiya 42 və Danimarka 19 qırıcı göndərməyə qərar verdi. Amma başqa ölkələr də var, görünür, ümumilikdə bu təyyarələrdən 200-ə yaxını təhvil veriləcək”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Teleqram kanalında qeyd edib.

“Bu, ABŞ-ın qərarıdır. F 16-ları bağışlayan ölkələr əvəzində ABŞ-dan müasir F-35-lər alacaqlar. F-16-nın hərbi əhəmiyyəti ondan ibarətdir ki, o çoxlu sayda yeni müasir Qərb raketlərinin və hazırda Ukrayna Silahlı Qüvvələrində mövcud olan sovet təyyarələrindən istifadə oluna bilməyən idarə olunan bombaların istifadəsi üçün platforma rolunu oynayacaq. Amma bu təyyarələri dəstəkləmək üçün böyük infrastrukturun yaradılmasını tələb edəcək. Ən böyük problem aerodromlardır. F-16 uçuş-enmə zolağı baxımından şıltaq bir təyyarədir. Ona MiG və “Su”dan daha yaxşı uçuş zolağı lazımdır. Ukraynada aerodromlar məhv edilib. Bu, Ukrayna F-16-larının Polşa və ya Rumıniyadakı aerodromlardan havaya qalxması ilə nəticələnə bilər”.


Akqabay