Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək
    • 20-08-2023, 17:45
    • 130

Danimarka və Niderland F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

Danimarka və Niderland Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək.

News24.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ və digər tərəfdaşlarla sıx əməkdaşlıq edərək biz F-16 təyyarələrini Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verməyə razıyıq. Bunun üçün şərtlər uğurla seçiləcək, sınaqdan keçiriləcək və ukraynalı kadrlar öyrədiləcək, həmçinin lazımi icazələr, infrastruktur və logistika olacaq”, - bəyanatda deyilir.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Niderland ilə Kiyevə 42 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı saziş imzalayıb./AZƏRTAC//