-
- 21-08-2023, 18:44
- 257
Ukrayna PUA-larla hücum etdi, Rusiya hərəkətə keçdi
Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Belqorod vilayəti üzərində səmada Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 21-i Moskva vaxtı ilə saat 16:00 radələrində təyyarə tipli PUA-dan istifadə etməklə növbəti terror aktı həyata keçirməyə cəhd edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, hücum nəticəsində ölüm və dağıntı yoxdur. Qeyd olunub ki, baş verənlərə görə Kiyev günahkardır.
Akqabay