Ukrayna PUA-larla Moskvaya hücum etdi
    • 16-08-2023, 15:18
    • 1 222

Ukrayna PUA-larla Moskvaya hücum etdi

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında Moskva vilayətində üç Ukrayna PUA-nın hücum cəhdinin qarşısı alındığını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

“Moskva vaxtı ilə saat 05:00 radələrində Kiyev rejiminin üç pilotsuz uçan aparatla Kaluqa vilayətindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb.Rusiya hava hücumundan müdafiə sistemləri bütün PUA-ları vaxtında aşkar edərək məhv edib. Xəsarət və dağıntı olmayıb”- deyə bəyanatda bildirlib.

Aydan