Moskvaya PUA hücumu edildi - FOTO
    • 24-07-2023, 10:50
    • 272

Moskvaya PUA hücumu edildi - FOTO

“Kiyev rejimi Moskvadakı obyektlərə hücum etməyə cəhd edib, lakin Rusiya hərbçiləri bu cəhdin qarşısını alıb”.

News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“İyulun 24-də səhər saatlarında Kiyev rejiminin iki pilotsuz uçuş aparatı ilə Moskva şəhərində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus iki PUA elektron döyüş vasitəsi ilə qarşısı alınıb və qəzaya uğrayıb. Heç kim zərər çəkməyib”, - nazirlikdən bildirilib.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, səhər saat 4 radələrində pilotsuz təyyarələr iki qeyri-yaşayış binasına hücum edib. Ciddi ziyan olmayıb. Komsomolski prospekti və Lixaçev prospektində bir neçə saatlıq nəqliyyatın hərəkəti dayandırılıb.

RİA Novosti yazır ki, bu, Kiyevin dronlarla Moskvaya hücum etmək üçün ilk cəhdi deyil. Beləliklə, iyulun 4-də paytaxt bölgəsində 5 pilotsuz təyyarə vurulub: ikisi Valuevo kəndi yaxınlığında (açıq sahəyə düşüb), daha biri Kubinka yaxınlığında və daha ikisi Yeni Moskvada.

Akqabay