-
- 9-03-2019, 12:09
- 735
Mobil telefonları qanunsuz keçirmək istəyən şəxslər saxlanılıb
Azərbaycan ilə Gürcüstan arasında yerləşən ərazidə iki Azərbaycan Respublikası vətəndaşı tərəfindən kommersiya məqsədləri üçün gətirilən mobil telefonların müxtəlif şəxslərə paylanılaraq ölkə ərazisinə keçirilməsi qeydə alınıb.
Dövlət Gömrük Komitəsindən News24.az-a verilən məlumata görə, baş verən qanun pozuntusunun qarşısını almaq məqsədilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıb.
Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd "Sony" markalı "PlayStation 4", 123 ədəd "Mi 8 Lite" markalı mobil telefon, 10 ədəd "İphone 8" və 1 ədəd "İphone X" markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər
. Yuxarıda sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postuna gətirilib. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb. Faktla bağlı araşdırma aparılır.