Qadın çəkməsindən mobil TELEFONLAR ÇIXDI
    • 26-12-2019, 16:48
    • 801

Qadın çəkməsindən mobil TELEFONLAR ÇIXDI

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz E 200 CDI" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro Max", şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd "İphone 11 Pro Max" markalı mobil telefonlar və 5 ədəd qulaqlıq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır./trend/