1,2 milyon dəyərində yataq dəsti oğurladılar - Hotel işçilərindən ağlasığmaz cinayət
Dünya
Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərindəki beşulduzlu hotellərdən birində 1,2 milyon rubl dəyərində oğurluq hadisəsi baş verib.
News24.az xəbər verir ki, hoteldə yataq dəstlərinin oğurlanması ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Anapa şəhəri üzrə növbətçi hissəsinə məlumat verilib.
“Polis iki hotel əməkdaşının oğurluqda əli olduğunu müəyyən edib. Onlar 28 və 23 yaşlı Çelyabinsk vilayətinin sakinləridir”, - Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsindən bildirilib.
Həmin şəxslər hotelin arxa ofisinə daxil olaraq gizli şəkildə yataq dəstlərini oğurlayıblar. Onlar tədricən yastıq üzü, çarşaf və yorğan örtüklərini çıxarıblar. Daha sonra oğurlanan mallar internet vasitəsilə satılıb. Ümumilikdə 2700 dəst yataq dəsti oğurlanıb. Malların ümumi dəyəri 1,2 milyon rubldan çoxdur.
Şübhəlilər həbs edilib, oğurluq faktı ilə bağlı cinayət işi açılıb.
Akqabay