Gömrükçülər avtomobildə narkotik vasitə aşkarlayıb
    • 9-03-2019, 12:30
    • 717

Gömrükçülər avtomobildə narkotik vasitə aşkarlayıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan "Scania" markalı avtomobildən narkotik vasitə tapılıb.

Dövlət Gömrük Komitəsindən News24.az-a verilən məlumata görə, avtomibilə gömrük baxışından öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı sürücü oturacağının üzərində, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yataq dəstinin altından gömrük nəzarətindən gizlədilmiş bir ədəd kağız bükülünün içərisində çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.