-
- 20-11-2019, 15:42
- 1 373
Ölkəyə siqaretin içərisində narkotik KEÇİRMƏK İSTƏDİ
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Daha sonra vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib. Baxış zamanı "Rothmans" markalı siqaret qutusunun içərisində olan siqaretlərdən birində çəkisi 2 qram təşkil edən narkotik vasitə - həşiş, "Winston" markalı siqaret qutusunda olan 4 ədəd siqaret dənələrinin içərisində isə çəkisi 3 qram təşkil edən narkotik vasitə - həşiş və çəkisi 7 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.