-
- 3-12-2019, 15:20
- 2 028
Gömrükçülər külli miqdarda "zırpaket" AŞKARLADI
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Minik maşınının baqajında 22 ədəd üzərində “Airpods”, 29 ədəd “Fast Charger”, 200 ədəd “SP 1007” və 100 qutu üzərində “KO201” yazılan pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır