Bu ərazilərdə QAZ KƏSİLDİ
    • 23-08-2023, 10:06
    • 166

Bu ərazilərdə QAZ KƏSİLDİ

Bu gün saat 09:00-dan Abşeron və Gəncədə qaz təchizatı dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə Azəriqaz İB-nin yaydığı məlumat istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Pirəkəşkül” QPS-də istismara yararsız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar 23 avqust saat 09:00-dan qaz təchizatı dayandırılıb.

Təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşviqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.