“Qalatasaray” bu gün “Molde” ilə səfərdə qarşılaşacaq
    • 16-08-2023, 11:08
    • 156

“Qalatasaray” bu gün “Molde” ilə səfərdə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçiriləcək.

News24.az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” səfər matçına çıxacaq.

İstanbul nəhəngi Norveçdə yerli “Molde”nin qonağı olacaq.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23 avqust

23:00. “Braqa” (Portuqaliya) - “Panatinaikos” (Yunanıstan)

23:00. “Makkabi” (Hayfa, İsrail) - “Yanq Boyz” (İsveçrə)

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, cavab görüşləri avqustun 29-da keçiriləcək.