Mahir Emrelinin komandası öz meydanında uduzdu
    • 16-08-2023, 02:09
    • 349

Mahir Emrelinin komandası öz meydanında uduzdu

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

News24.az Report-a istinadən xəbər verir ki, II raundda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Polşa təmsilçisi “Rakuv” növbəti rəqibi olan Kipr “Aris”ini hər iki görüşdə məğlub edərək pley-offa yüksəlib.

Yalnız Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”su mərhələnin ilk matçını keçirib. Zaqreblilər öz meydanlarında Yunanıstan AEK-inə minimal hesabla uduzublar. Emreli komandası hesabda öndə olarkən fasilədən sonra meydana daxil olub. “Dinamo” ilə AEK arasında cavab matçı avqustun 19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

“Aris” (Kipr) – “Rakuv” (Polşa) – 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) – 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) – 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:4 (0:0)

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0 (3:0)

TSC (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) – 1:3 (1:4)

“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 2:1, penaltilərlə - 3:5 (0:1)

İlk oyun: “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-23-də və 29-30-da baş tutacaq.