-
- 23-08-2023, 11:18
- 221
Rusiya ordusu bu ərazidə irəliləyir
"Rusiya hərbi qüvvələri Kupyan-Svatov-Kreminna xəttində hücum əməliyyatları keçirərək irəliləyiş əldə ediblər".
News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.
Geolokasiya görüntüləri rus qoşunlarının Kupyanın şimal-şərqindəki bölgədə irəlilədiyini göstərir.
Amerikalı analitiklər Ukrayna Silahlı Qüvvələrinin isə Baxmutda hücum əməliyyatları apardığı və irəlilədiyi yöndə məlumat yayıblar.
Rusların Baxmutdakı son hücum əməliyyatları isə nəticəsiz bitib. ISW-nin fikrincə, eyni durum Avdiv-Donetsk xəttində də müşahidə olunub.
Ukrayna ordusunun Velika Novosilkanın cənubunda Melitopol istiqamətində əməliyyatlarına paralel davam edən hücumları işğalçılara çoxsaylı dilemmalar və hansı istiqamətlərdə möhkəmlənmək məsələsində seçim zərurəti yaradır.
Ayşən