"Dəmir yumruğumuzu görəcəklər" - ƏRDOĞAN
    • 23-08-2023, 12:46
    • 138

"Dəmir yumruğumuzu görəcəklər" - ƏRDOĞAN

“Terrorçular ya təslim olacaqlar, ya da Türkiyənin dəmir yumruğunu görəcəklər”.

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bu barədə Ankarada keçirilən Jandarma Məzuniyyət Mərasimində çıxış edərkən bildirib. 

“Diyarbəkirli Anaların 1450 gün davam edən cəsur müqaviməti separatçı təşkilatın əsl simasını göstərdi. İndiyədək 45 nəfər separatçı terrorçunun əlindən xilas olub. Son iki ay ərzində 32 terrorçu təslim oldu. İnanıram ki, bu rəqəmlər qarşıdakı günlərdə daha da artacaq. Türkiyə sonda terror bəlasından mütləq xilas olacaq. Mən bir daha bildirirəm ki, ölkəmizin və bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur.Terrorçular ya ali ədalətimizə təslim olacaqlar, ya da ölkəmizin dəmir yumruğunu yeyəcəklər”.

Ayşən