Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq
    • 30-06-2022, 18:01
    • 447

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.