Rekord sayda NATO qırıcıları Qara dəniz səmasında - NƏ BAŞ VERİR?
    • 23-08-2023, 15:08
    • 152

Rekord sayda NATO qırıcıları Qara dəniz səmasında - NƏ BAŞ VERİR?

NATO ölkələrindən rekord sayda kəşfiyyat təyyarəsi Rumıniya səmasında, eləcə də Qara dəniz üzərində görünüb.

News24.az xəbər verir ki, bu barədə Rumıniyanın “Adevarul” nəşri yazıb. 

“Rumıniya səmasında və Qara dəniz üzərində rekord sayda müttəfiqlərin casus təyyarələri göründü. Bu, uzun müddətdir ki, davam edir, lakin dünən (çərşənbə axşamı - red.) bu uçuşlar rekord sayda olub”, - nəşr yazır.

Söhbət Rumıniya üzərində uçan NATO Hava Desantının Erkən Xəbərdarlıq və Nəzarət Qüvvələrinin (AWACS) iki Boeing E-3 Sentry təyyarəsindən, eləcə də Boeing KC-135R Stratotankerdən gedir.

Akqabay