-
- Bu gün, 14:35
- 433
“Minlərlə erməni əsgəri bu ərazilərə girəcək” – ŞOK İDDİA
Ukrayna jurnalisti Dmitri Qordon bildirib ki, NATO-nun hərbi kontingenti 170 min əsgərdən ibarət olaraq Ukraynaya girəcək.
News24.az-ın xarici mediaya istinadən məlumatına görə, o, iddia edir ki, bir neçə min hərbçi Ermənistandan ölkəyə gələcək.
Ukraynadakı müharibənin nəticələrinə toxunan jurnalist qeyd edib ki, bir kompromis olacaq.
"Ukrayna bəzi ərazilərdən imtina etməyəcək, amma işğal altında qalan əraziləri tanımayacaq. Həmçinin dünya da bu əraziləri tanımayacaq. Yəni, bunlar ilk növbədə Qərb tərəfindən tanınmayacaq. İkincisi, NATO ölkələrinin hərbçiləri, şübhəsiz ki, Ukraynaya daxil olacaq", – deyə jurnalist bildirib.
Qordon bildirib ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski böyük Avropa dövlətlərinin rəhbərləri ilə mühüm görüş keçirəcək və bu görüşdə NATO Alyansının qoşunlarının Ukrayna ərazisinə daxil olması prosesi müzakirə ediləcək.
Jurnalist Ukraynaya gələcək NATO qoşunlarının sayını 150-170 min əsgər olaraq dəyərləndirib.
"Mənim fikrimcə, Makronun rəhbərliyi altında Fransa qoşunları bu əməliyyatın təşəbbüskarı olacaq, həmçinin Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Niderland, Norveç, Danimarka, İsveç və Finlandiya. Hətta Ermənistanın iştirakı istisna edilmir, çünki Makron artıq Nikol Paşinyana müraciət edib və Paşinyan bəli deyib. Mən “dəhşətli sirri” açıram: mümkündür ki, Ermənistandan bir neçə min əsgər də olsun. Belə bir kontingent ön cəbhəyə yerləşməli olacaq", – deyə jurnalist bildirib.
Ağa Dadaşzadə