Bu ölkə Ukraynaya yeni SİLAHLAR YOLLAYACAQ
    • 23-08-2023, 15:45
    • 174

Bu ölkə Ukraynaya yeni SİLAHLAR YOLLAYACAQ

Finlandiyanın baş naziri Petteri Orpo Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə  keçirdiyi birgə mətbuat konfransında Kiyev üçün yeni yardım paketinin hazırlandığını açıqlayıb.

News24.az xəbər verir ki, onun sözlərinə görə,Finlandiya Ukraynaya dəstəyini davam etdirir və artıq 1,7 milyard avro məbləğində yardım edib.

“İndi biz yeni yardım paketi hazırlayırıq. Buraya ağır silahlar və sursatlar da daxil olacaq” deyən Orpo, yeni paketin təhvil verilməsi qərarının bu həftə nəzərdən keçiriləcəyini bildirib.

Aydan