Yanğın nəticəsində boşaldılan kəndlərin sayı ARTDI
    • 23-08-2023, 16:06
    • 286

Yanğın nəticəsində boşaldılan kəndlərin sayı ARTDI

Çanaqqalada meşə yanğınına intensiv müdaxilə davam edir. Doqquz kənddən 1251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.

News24.az "BBC"-yə istinadla xəbər verir ki, Çanaqqala boğazı ikitərəfli gəmilərin hərəkətinə bağlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 83 nəfər yanğınlardan zərər çəkib.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı səhər saatlarında mətbuata açıqlamasında hər hansı riskdən qaçmaq üçün Çanaqqala boğazının hər iki istiqamətdə gəmilərin hərəkətinə bağlandığını bildirib.

Nazir Yumaklı Çan-Çanaqqala yolunun da bağlı olduğunu bildirib. Rütubət və külək parametrlərini vurğulayan Yumaklı, bunların yanğının irəliləməsinə səbəb olduğunu bildirib.

Yumaklının verdiyi məlumata görə, 7 yanğınsöndürmə təyyarəsi və 22 yanğınsöndürmə vertolyotu ilə havadan müdaxilə davam edir.

Aydan