Qəzaya uğrayan təyyarənin ekipaj komandirinin oğlu DANIŞDI
    • 24-08-2023, 10:39
    • 363

Qəzaya uğrayan təyyarənin ekipaj komandirinin oğlu DANIŞDI

Ötən gün Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsində ekipaj komandiri voronejli 51 yaşlı Aleksey Levşin də olub. 

News24.az xəbər verir ki, ölən pilotun oğlunun sözlərinə görə, atası çox yaxşı insan olub.

"O, ailəsini çox sevirdi, biz də onu çox sevirdik.  O, son dərəcə yaxşı insan idi!" - gənc Qubernia telekanalına bildirib.

Onun sözlərinə görə, atası tez-tez ezamiyyətdə olsa da, demək olar ki, hər ay ailəsini görüb. 

"Embraer Legacy" biznes reaktivinin göyərtəsində on nəfər - üç ekipaj üzvü və yeddi sərnişin olub.

Aynurə