Priqojin sui-qəsdlə ÖLDÜRÜLDÜ?- VİDEO+YENİLƏNİB - 1
    • 23-08-2023, 21:55
    • 1 515

Priqojin sui-qəsdlə ÖLDÜRÜLDÜ?- VİDEO+YENİLƏNİB - 1

21:55

Rəsmi məlumata görə, Tver ətrafında qəzaya uğrayan "Embraer Legacy" özəl təyyarəsinin göyərtəsində 10 nəfər olub.


"Росавиация"dan bildirilib ki, onlardan üçü heyət üzvü, 7 nəfəri isə sərnişindir. Onların hamısı həlak olub.  


Təyyarə Moskvadan Sankt-Peterburqa hərəkət edirmiş.


Qəzanın baş verdiyi əraziyə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 


Tver vilayətinin qubernatoru İqor Rudenya vəziyyəti nəzarətə götürdüyünü açıqlayıb. 


Hadisənin səbəbləri ətrafında araşdırma aparılır. 



21:23

Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.

Ətraflı RTV-də: