-
- 23-08-2023, 22:42
- 466
Qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner”in komandiri Dmitri Utkin olub
Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkin olub.
News24.az xəbər verir ki, Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “sağ əli” olub.
RTV Gazetaru-a istinadən xəbər verir ki, məlumat Embraer-135 reysini həyata keçirən aviaşirkət tərəfindən verilib. Həmçinin sərnişinlər arasında Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov və Nikolay Matuseyev də vardı. Təyyarənin heyət üzvlərinin də adları açıqlanıb: komandir Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və ekipaj üzvü Kristina Raspopova.