"İndi növbə Zelenskidədir, ya öldürüləcək ya da..." - CONSON
    • 24-08-2023, 11:22
    • 601

"İndi növbə Zelenskidədir, ya öldürüləcək ya da..." - CONSON

 “Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqları aparmaq niyyətində olmadığı üçün ya devriləcək və ya öldürüləcək”.

News24.az xəbər verir ki, bunu Məırkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

 “Məncə, ən çox ehtimal olunan ssenari çevriliş və Zelenskinin hakimiyyəti itirməsidir. İkinci seçim onu öldürməkdir. İnanmıram ki, Zelenski fikrini dəyişib desin: “Yaxşı, gəlin danışıqlar aparaq (Rusiya ilə. – Red.),” deyə ekspert proqnozlaşdırıb.

Conson bildirib ki, Kiyev hökumətinin hərəkətləri nəticəsində Ukrayna əsl demoqrafik və humanitar fəlakət yaşayır. 13 milyon insan ölkəni tərk etdi, yerdə qalan 27 milyondan 400 mini döyüşlərdə həlak oldu, bir neçə dəfə çox insan yaralandı, şikəst oldu, əsir düşdü və ya itkin düşdü.

“İkinci Dünya Müharibəsində ABŞ əhalisi 150 milyon olanda biz cəmi 472 min insan itirdik. Nəzərə alın ki, bizdə Ukraynadan yeddi dəfə çox əhali var idi, lakin onlar, demək olar ki, müharibənin dörd ilində itirdiyimiz qədər itki verdilər”, - keçmiş analitik deyir.

Ayşən