Bloger 8 il azadlıqdan məhrum edildi - FOTO
    • 24-08-2023, 12:24
    • 368

Bloger 8 il azadlıqdan məhrum edildi - FOTO

Moskvanın Basmannı rayon məhkəməsi rusiyalı bloger Maksim Katzı Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə 8 il müddətinə azadlıqdan məhrum edib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, həmin şəxsə 4 il müddətinə saytların administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib.

İstintaqın məlumatına görə, 2022-ci ilin aprelində o, “YouTube” kanalında Rusiya ordusu haqqında bilərəkdən yalan məlumatlar olan video yerləşdirib.

Aynurə