-
- 4-08-2023, 18:40
- 341
Aleksey Navalnı 19 il müddətinə HƏBS EDİLDİ - VİDEO
Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq ittihamı ilə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edib.
News24.az xəbər verir ki, bu barədə TASS-ın Vladimir vilayətindəki 6 saylı cəzaçəkmə koloniyasından kənar məhkəmə iclasının keçirildiyi müxbiri məlumat verib.
“A.A.Navalnıya 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəza xüsusi rejimli koloniyada çəkilsin”, - hakim Andrey Suvorov hökmü elan edib.
Hökmə əsasən, məhkum ekstremist icma yaratmaqda və orada iştirakda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 3-cü hissəsi), habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist birliyin təşkilində, ictimai çağırışlarda, ekstremist fəaliyyətə və yetkinlik yaşına çatmayanları onlar üçün təhlükəli fəaliyyətə cəlb etməkdə təqsirli bilinir. Onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istənilib.
Xüsusi rejimli koloniyalarda xüsusilə təhlükəli residiv törədən və ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər saxlanılır. Belə rejim məhkumların saxlanması üçün daha sərt şərtləri, o cümlədən hərəkət, ünsiyyət və asudə vaxt azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.
İş üzrə ikinci təqsirləndirilən şəxs Navalnının “YouTube” kanalının keçmiş texniki direktoru Daniel Xolodnıdır. O, xidməti vəzifəsindən istifadə edərək ekstremist fəaliyyəti maliyyələşdirməkdə və ekstremist icmada iştirakda ittiham olunur. Onun hökmü hələ açıqlanmayıb.
Akqabay