-
- 24-08-2023, 12:45
- 258
Azərbaycana yeni təkliflər təqdim etdik - Paşinyan
Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin yeni təkliflərini Azərbaycan tərəfinə təqdim etmişik.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən növbəti iclasında bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da İrəvanın öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırdığını bəyan edib. 2022-ci ilin martında Bakı İrəvana münasibətlərin tənzimlənməsinə dair beş bəndlik təklifini təqdim edib.
Akqabay