“Bu, hökumətimizin və mənim öhdəliyimdir"
    • 16-02-2023, 17:17
    • 244

“Bu, hökumətimizin və mənim öhdəliyimdir"

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalar verib. 

News24.az xəbər verir ki, baş nazir nəzərdə tutulan sülh sazişi ilə bağlı təkliflərini Azərbaycan hökumətinə və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırdıqlarını bəyan edib. 

“Ermənistan Azərbaycanla sülh və münasibətlər haqqında saziş layihəsi üzərində işini başa çatdırıb və təkliflərimiz Azərbaycan tərəfinə təqdim olunub. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinə də çatdırılıb”.

Paşinyan Azərbaycanla danışıqlarda müəyyən irəliləyişin əldə olunduğuna da işarə edib: “Bu, hökumətimizin və mənim öhdəliyimdir. Mən belə bir məsuliyyəti öz üzərimə götürməyə və daşımağa hazıram”

Qumral Əliyeva