Futbolçumuz Rusiya Premyer Liqasında oyuna girən kimi bir dəqiqə sonra qol vurdu
    • 9-03-2019, 19:48
    • 1 239

Futbolçumuz Rusiya Premyer Liqasında oyuna girən kimi bir dəqiqə sonra qol vurdu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası Rusiyanın Premyer Liqasında növbəti oyununu keçirib.

News24.Az xəbər verir ki, Samara təmsilçisi XIX turda evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.  
Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.