"Priqojini Afrikadan yeni videoda görsək təəccüblənməyək" - Rusiyalı ekspert
    • 24-08-2023, 12:57
    • 618

"Priqojini Afrikadan yeni videoda görsək təəccüblənməyək" - Rusiyalı ekspert

"Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində iş adamı Yevgeni Priqojin yox, onun adaşı ola bilərdi".

News24.az xəbər verir ki, bunu “Chatham House” beynəlxalq məsələlər üzrə analitik mərkəzin Rusiya üzrə eksperti Keir Giles (Кейра Джайлса) deyib.

“Bir neçə nəfər çaşdırmaq məqsədilə öz səfərlərində adını Yevgeni Priqojin olaraq dəyişib. O, tezliklə Afrikadan yeni videoda görünsə, heç də təəccüblənməyək", - deyə ekspert bildirib. 

Qeyd edək ki, Priqojinin təyyarəsi avqustun 23-də axşam Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə Yevgeni Priqojin də daxil olmaqla 10 nəfər olub . Lakin hazırda iş adamının ölümü ilə bağlı rəsmi məlumat yoxdur. 

Aynurə