Daha bir Avropa ölkəsi Ukraynaya F-16 verəcək
    • 24-08-2023, 14:50
    • 142

Daha bir Avropa ölkəsi Ukraynaya F-16 verəcək

Norveç F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. Norveç Hollandiya və Danimarkadan sonra Ukraynaya döyüş təyyarələri göndərməyə razılaşan üçüncü NATO ölkəsi olacaq.

News24.az xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyevin Qərb tərəfdaşlarından F-16 qırıcıları alması üçün minimum müddət ən azı altı aydır. Onun sözlərinə görə, bu təyyarələrlə işləmək üçün təkcə pilotlar deyil, həm də yerüstü xidmət personalı, texniki və mühəndislər yetişdirilməlidir.

 

Ayşən