Çin idmançısı dünya rekordunu təzələyib

Çin idmançısı dünya rekordunu təzələyib İdman
Çində 50 kilometr məsafəyə idman yerişi üzrə yarışda yerli idmançı Liu Hong dünya rekordunu təzələyib.

News24.Az AZƏRTAC istinadla xəbər verir ki, atlet bu məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib. Liu Hongdan əvvəl də bu məsafə üzrə dünya rekordu Çinin digər qadın idmançısı Liang Ruiyə (4 saat 4 dəqiqə 36 saniyə) məxsus idi.
Liu Hong 20 kilometr məsafəyə idman yerişi üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya çempionatının qızıl, gümüş və iki dəfə bürünc mükafatçısıdır. İdmançı, eyni zamanda, bu məsafə üzrə 2015-ci ildə yeni rekord müəyyən edib (1 saat 24 dəqiqə, 38 saniyə).