-
- 24-08-2023, 22:03
- 241
Taekvondoçularımız Avropa çempionatlarında 3 medal qazandı
Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarına start verilib.
News24.az apasport-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazıb.
Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.
Gənclərin Avropa çempionatında Səlimə Quliyeva (42 kq) da eyni uğuru təkrarlayıb. O da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Digər taekvonduçumuz Məhəmməd Həsənli (45 kq) isə 3-cü yerlə kifayətlənib.
Beləliklə, milli komanda ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, Avropa çempionatları 3 gün davam edəcək.