İranda daha bir zavodda PARTLAYIŞ: ÖLƏNLƏR VAR - FOTO
    • 25-08-2023, 12:37
    • 249

İranda daha bir zavodda PARTLAYIŞ: ÖLƏNLƏR VAR - FOTO

İranın Xorasan-Rəzəvi əyalətinin Sərəxs şəhərində "Şahid Haşeminejad" neft emalı zavodunda partlayış olub. 

News24.az xəbər verir ki, hadisə sexdə təmir işləri aparılan zaman qaz sızması nəticəsində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayış nəticəsində yaralananlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Aynurə