Priqojinin yerinə kim gəlir? QORXUNC OBRAZ KİMİ TANINAN...
    • 25-08-2023, 12:49
    • 109

Priqojinin yerinə kim gəlir? QORXUNC OBRAZ KİMİ TANINAN...

“Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin və komandiri Dmitri Utkinin ölümündən sonra yeni liderin kim olacağı geniş şəkildə müzakirə edilir.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

Utkin və Priqojinin ölümündən sonra qruplaşmanın idarə heyətində qalan yeganə rəhbər şəxs 61 yaşlı Andrey Troşevdir. O, “Vaqner”in Peterburqdakı ofisinin rəhbər heyətindədir.. Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev Rusiyanın təhlükəsizlik orqanlarında da çalışıb.

Əfqanıstan və Çeçenistan müharibələrində xidmət etmiş Troşev “Vaqner”in Suriyaya önünü açan şəxs kimi də tanınır.

Andrey Troşev Rusiyada Qərb ölkələrinin ən çox sanksiya tətbiq etdiyi adlardan biridir. Polkovnik döyüşdüyü bütün cəbhələrdə qorxunc obraz kimi xatırlanır.

Donetsk separatçılarının “keçmiş müdafiə naziri” İqor Girkin (Strelkov) ötən ay Priqojin vasitəsilə Troşevlə cəbhədə görüşdüklərini açıqlamışdı. Girkin Troşevin xarakteri və metodları onu qorxutduğu üçün bir daha görüşmədiklərini  demişdi.

Xarici media Troşevin “Vaqner” arasında uzunmüddətli hərbi karyerasına və idarə heyətindəki nüfuzuna görə həm Kreml, həm də Rusiya Baş Qərargahı tərəfindən dəstəklənən yeganə isim olduğunu yazır.

Ayşən