Salyanda qadın özünü yandırdı
    • 25-08-2023, 15:22
    • 160

Salyanda qadın özünü yandırdı

Salyan rayonunda qadın özünü yandıraraq intihar edib.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Abasova Nərminə Əlikram qızı intihar etmək məqsədi ilə üzərinə yandırıcı maddə töküb.

Müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alan N.Abasova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq qadın bu gün xəstəxanada ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.