Sabirabadda 31 yaşlı qadın intihar edib
    • 18-07-2023, 22:37
    • 255

Sabirabadda 31 yaşlı qadın intihar edib

Sabirabadda 31 yaşlı qadın intihar edib.

Hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Samirə Nəsrulla qızı Həsənova yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntihar hadisəsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /Report/