Ukraynanın hər yerində hava həyəcanı səslənir
    • 25-08-2023, 18:20
    • 163

Ukraynanın hər yerində hava həyəcanı səslənir

Ukraynanın hər yerində hava həyəcanı elan edilib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Klymenko Time” qəzeti əhalini xəbərdar etmək üçün rəsmi resursa istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, həyəcan siqnallarına səbəb potensial olaraq səsdən sürətli Kinjal raketini daşıyan MiQ-31K qırıcısının havaya qalxması olub.

Bundan əvvəl Odessada partlayış səsləri eşidilib, bundan sonra hava hücumu xəbərdarlığı ləğv edilib.

Qumral