"Priqojinin ölümü Putini zəiflətdi"
    • 26-08-2023, 01:45
    • 217

"Priqojinin ölümü Putini zəiflətdi"

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin ölümü Rusiya diktatoru Vladimir Putinə etibar olmamasının sübutudur.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Priqojinin ölümü Putini zəiflətdi. Çünki bu, bütün dünyaya göstərdi ki, əgər o kiminləsə hansısa müqavilə bağlamaq qərarına gəlsə və bunu pozarsa, onda artıq ona etibar etmək olmaz.

Bir il əvvəl ciddi qüvvə sayılan “Vaqner” əslində artıq yoxdur. Onlar məğlub olublar”, - Reznikov bildirib.