-
- 24-08-2023, 11:14
- 319
Priqojin öldü, Kreml susur: Qərbə inanaq? - Markov
“Rusiya tərəfdən heç bir versiyanın olmaması üzücüdür (Priqojinin ölümü ilə bağlı – red.). Və bu yenə də informasiya təbliğatının uğursuzluğudur. Və hakimiyyətin bir növ siyasi süstlüyünün təzahürü”.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
“Bu, dünyada bir nömrəli xəbər olsa da, Rusiyadan sükut hökm sürür. Qərb versiyasına inanmağımızı təklif edirlər? Beləliklə, Priqojinin qətlinin Qərb versiyası birbaşa Rusiya prezidentinə toxunur. Biz ona inanmaq istəmirik” – Markov qeyd edib.
O əlavə edib ki, Bayden Putini Priqojini öldürməkdə ittiham edib: “Düzdür, yumşaq desək, deyirlər, dəqiq bilmirəm, amma bu, Putinsiz baş verə bilməzdi. Bu, Priqojinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülməsinin daha bir dolayı sübutudur”.
Akqabay