-
- 26-08-2023, 15:36
- 2 651
Hərəkətə keçməsək, Rusiya müdafiəni həmişəlik belə saxlayacaq - Budanov
“Rusiya Federasiyasında yalnız kifayət qədər miqdarda insan resursu qalıb. Ukrayna hərəkətə keçməsə, düşmən müdafiəni həmişəlik belə saxlaya bilər”.
News24.az “RBC-Ukrayna”-ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Putinin insandan başqa resursu yoxdur. Artıq iqtisadiyyat, hərbi-sənaye resursu yoxdur, ehtiyatlar tükənib. Rusiyada çoxlu insan resursu var, ancaq bu, onların əlində olan yeganə şeydir”, - Budanov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası öz resurslarını tükəndirib və buna görə də üçüncü ölkələrdən tədarük üçün yalvarmağa məcburdur.
Akqabay