-
- 26-08-2023, 23:04
- 256
Azərbaycanda ilk dəfə Sığorta festivalı keçirilir - FOTO
Avqustun 26-dan Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə ilk dəfə Sığorta festivalına start verilib.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 7-dək davam edəcək ilk festival Bakı şəhəri Dənizkənarı Milli Parkda keçirilir. Festivalın Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunub. Festivalda əhalinin iştirakı sərbəstdir.
Qeyd edək ki, festival Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.